Ruslar yeni ili qeyd etmək üçün daha çox Ermənistanı seçirlər - STATİSTİKA

   Ruslar yeni ili qeyd etmək üçün daha çox Ermənistanı seçirlər -   STATİSTİKA
  06 Dekabr 2022    Oxunub:367
Rusiya vətəndaşlarının Yeni il bayramını qeyd etmək üçün daha çox gedəcəyi xarici ölkələrin siyahısı açıqlanıb.
AzVision.az xəbər verir ki, rusların səfər üçün seçdikləri əsas istiqamətlər arasında Ermənistanın da adı var. İrəvan MDB ölkələrinə bilet alışında birincidir.

Rusiyanın Turizm Sənayesi İttifaqının vitse-prezidenti Yuriy Barzıkin qeyd edib ki, bir çox vətəndaş turizm məqsədilə Ermənistana səfər edir. Lakin kimin turist, kimin bu ölkədən tranzit kimi istifadə etməsi və ya kimlərin qohumlarına baş çəkmək məqsədilə getmsini dəqiq müəyyən etmək asan deyil.

Qeyd edək ki, statistika "OneTwoTrip" xidmətinin məlumatları əsasında hazırlanıb.

Ukraynadakı məlum hadisələrə görə Qərbin sanksiyaları ilə üzləşən ruslar belə bir fonda indi daha çox qonşu ölkələrdə alternativ tətil axtarırlar. Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) məlumatına görə, yeni il tətilləri üçün qonşu ölkələrə olan turlara yaranmış tələb bir il əvvəlki dövrlə müqayisədə 10%-dən 80%-ə yüksəlib.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ermənistan   Yenil-İl  







Xəbər lenti