İran hökuməti tezliklə onları edam edəcək

   İran hökuməti tezliklə onları edam edəcək
  06 Dekabr 2022    Oxunub:336
İranda etirazlarda iştirak edən 6 nəfərin ölüm cəzası ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Həmin şəxslər tezliklə edam olunacaqlar.
İranın “Şark” qəzetinin xəbərinə görə, ədliyyə başçısı Qulam Hüseyn Muhsini Ejei həbs olunan bəzi etirazçıların məhkəmə prosesinin qısa müddətdə yekunlaşdığını bildirib. Ejei bu çərçivədə nümayişlər zamanı “terror, qətl, ictimai asayişi pozmaq” kimi ittihamlarla mühakimə olunanların edam və ya uzun müddətli həbs cəzasına məhkum edildiyini xatırladıb.

Xatırladaq ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir.

SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə noyabrın 29-da etdiyi çıxışında ölkədə təxminən 2,5 aydır davam edən etirazlarda aralarında təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini bildirib. İranın Təhlükəsizlik Şurası dekabrın 3-də ölənlərin ümumi sayının 200-ü keçdiyini açıqlayıb.

Digər tərəfdən, Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı noyabrın 29-da dərc etdiyi hesabatda Mahsa Eminin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 448 etirazçının öldüyünü bildirib.

Ölkə mətbuatında əksini tapan xəbərlərə görə, nümayişlər zamanı 60-dan çox asayiş keşikçisi həyatını itirib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti