Çin xaricdəki vətəndaşlarını izləmək üçün "polis mərkəzləri" yaradıb - İDDİA

   Çin xaricdəki vətəndaşlarını izləmək üçün    "polis mərkəzləri"    yaradıb -    İDDİA
  05 Dekabr 2022    Oxunub:990
Çinin xaricdə yaşayan müxalif fikirli insanları izləmək və onları nəzarətdə saxlamaq üçün dünyada 100-dən çox qeyri-qanuni və məxfi mərkəz yaratdığı iddia edilir.
AzVision.az xəbər verir ki, İspaniyada yerləşən “Safeguard Defenders” qeyri-hökumət təşkilatı bu barədə “Patrul və İnandırma – 110 Xaricdə Fəaliyyət” adlı hesabat dərc edib. Hesabatda verilən məlumata əsasən, Çinin xaricdə 102 "polis məntəqəsi" fəaliyyət göstərir ki, bunlardan 48-i yenidir.

İddia edilən yeni polis məntəqələrindən 11-nin İtaliyada, bəzilərinin Xorvatiya, Serbiya və Rumıniya və digər ölkələrdə olduğu bildirilib. Bu məntəqələr vasitəsilə xaricdə yaşayan 230 min çinli ölkəsinə geri qaytarılıb.

Çin Xarici İşlər Nazirliyi qeyd edilən məlumatları təkzib edərək, sözügedən məmurların xaricdə yaşayani vətəndaşların sənədləşmə işlərində köməklik göstərdiyini bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti