Ukraynaya atılan raketlərdən biri Moldovaya düşüb

   Ukraynaya atılan raketlərdən biri Moldovaya düşüb
  05 Dekabr 2022    Oxunub:313
Bu gün Moldovanın Ukrayna ilə sərhəd bölgəsinə raket düşüb.
AzVision.az “NewsMaker”ə istinadən xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərhəd polisinin əməkdaşları Briçan yaxınlığında bağda yerə düşmüş raket aşkar ediblər.

Daxili İşlər Nazirliyinin məumatında həmçinin qeyd edilib ki, Rusiyanın Ukraynanı atəşə tutması ilə əlaqədar Moldovanın şimalındakı sərhədlərində nəzarət gücləndirilib.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti