Putin avtomobillə Krım körpüsündən keçib

 Putin avtomobillə Krım körpüsündən keçib
  05 Dekabr 2022    Oxunub:634
Rusiya prezidenti Vladimir Putin bu gün Krım körpüsünə gedib.
AzVision.az Tass-a istinadən xəbər verir ki, Putin inşaatçılarla danışıb və avtomobili ilə körpüdən sürərək keçib. Dövlət başçısı Rusiya Federasiyasının Baş nazirinin müavini Marat Xusnullinin təmir işlərinin gedişi ilə bağlı hesabatını da dinləyibş

Qeyd edək ki, oktyabrın 8-də Krım körpüsündə yük maşını partladılıb. Nəticədə körpü dağılıb və yoldan keçən qatarın yeddi yanacaq çəni yanıb. Fövqəladə hadisədən bir müddət sonra avtomobil hissəsində hərəkət əks rejimdə bərpa edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti