Məktəb binasında yanğın olub

   Məktəb binasında yanğın olub
  05 Dekabr 2022    Oxunub:567
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək...

AzVision.az


Teqlər:





Xəbər lenti