"Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

   "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"
  05 Dekabr 2022    Oxunub:723
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın Azərbaycana səfərinin məqsədi açıqlanıb.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib. Onun sözlərinə görə, səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə həyata keçirilir.

"Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bugün Azərbaycana səfər edəcək", - A.Eyvazov bildirib.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

AzVision.az



Teqlər:





Xəbər lenti