Ermənistanda keçmiş polis rəisinin arvadına cinayət işi açıldı - Külli miqdarda yeyinti

   Ermənistanda keçmiş polis rəisinin arvadına cinayət işi açıldı -    Külli miqdarda yeyinti
  05 Dekabr 2022    Oxunub:855
Ermənistan Baş Prokurorluğu keçmiş polis rəisi Vladimir Qasparyanın həyat yoldaşı Susanna Qasparyana qarşı cinayət işi açıb.
Prokurorluqdan verilən məlumata görə, S.Qasparyan 2008-ci il iyulun 24-dən bölməni icazəsiz tərk etməyə və xidmətdən yayınmaya qarşı mübarizə idarəsinə daxil olan hərbi polisdə analitik qrupun rəhbəri olub.

11 ildən artıq (2000-ci ildən 2011-ci ilə qədər) müddətdə Qasparyan işə getməyib, vəzifələrini yerinə yetirməyib. Lakin bu vaxt ərzində o, maaş və digər ödənişlər kimi ümumilikdə 17,3 milyon dram alıb.

Bundan əlavə, 2011-2018-ci illərdə o, polis rəisinin administrasiyasının böyük köməkçisi vəzifəsini tutub, eyni zamanda işə getməyib və icazəsiz ölkəni tərk edib.

Buna baxmayaraq, o, polkovnik-leytenant, daha sonra polkovnik rütbəsi, həmçinin 19,4 milyon dram məbləğində ödənişlər alıb.

İş ittihamın irəli sürülməsi və həbs-qətimkan tədbirinin seçilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.

Bundan əvvəl isə Qasparyanın qızı Y.Q.-ya qarşı cinayət işi başlanıb. O, dövlət vəsaitinin mənimsənilməsində günahlandırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti