Sülhməramlıların komandanı: "Toponimləri dəyişən biz deyilik” - VİDEO

  Sülhməramlıların komandanı: "Toponimləri dəyişən biz deyilik” -  VİDEO
  03 Dekabr 2022    Oxunub:2393
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının rəsmi məlumatlarında ərazilərimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsi ilə bağlı müraciətinə münasibət bildirib.
“Real TV”-nin sualına cavb olaraq general-mayor Andrey Volkov deyib:

- Bir daha buradan mən elan etmək istəyirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Biz Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq. Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim baş qərargahın xəritələrində isə adlar sovet dövründən qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə, elə də yazırıq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Siz bizim sənədləri yoxlaya da bilərsiniz. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Biz sülhməramlılar necə lazımdırsa, elə də yazırıq. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada, hansınsa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa, elə də yazırıq.





Teqlər: Sülhməramlılar   Toponimlər  





Xəbər lenti