Hamama girən erməni məhkum pəncərədən qaçdı

   Hamama girən erməni məhkum pəncərədən qaçdı
  03 Dekabr 2022    Oxunub:1072
Bu gün İrəvanda maraqlı hadisə baş verib. Kriminal xəbər saytı "Shamshiyan"ın yaydığı xəbərə görə Ermənistan Səhiyyə Nazirliyinin Acapnyak inzibati rayonundakı Milli Dermatologiya Mərkəzinə gətirilmiş dustaq qaçıb.
Qaçış saat 8:00-dan 8:30-a qədər olan yarım saatlıq müddətdə baş tutub. O, "Armavir" koloniyasından xüsusi göndərişlə mərkəzə tibbi müayinə üçün köçürülübmüş. Hazırda azadlıqda olan məhkum 41 yaşlı Qaspar V.-dir. Ermənistan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə ittiham olunaraq cəza çəkirmiş.

"Məhkum yuyunmaq üçün yuxarı mərtəbədəki vanna otağına keçib. Koloniya işçiləri qapının yanında gözləyiblər və bir müddət sonra çağıran da onun cavab vermədiyini görüb hamamın qapısını açıblar. Məlum olub ki, Qaspar qaçıb. O, 2-ci mərtəbənin pəncərəsindən atılaraq qaçıb. Hazırda onun axtarışları davam etdirilir" - , nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Məhkum   Ermənistan  





Xəbər lenti