Kərim Vəliyev ABŞ-da aviasiya bazasını ziyarət edib

   Kərim Vəliyev ABŞ-da aviasiya bazasını ziyarət edib
  03 Dekabr 2022    Oxunub:617
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.





AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti