Ayın 7-dək hava yağıntılı olacaq

   Ayın 7-dək hava yağıntılı olacaq
  02 Dekabr 2022    Oxunub:638
Bu gün hava şəraitində müəyyən sabitləşmə qeydə alınır. Lakin çox soyuq antisiklon Xəzər dənizinin şimalına yaxınlaşır.
AzVision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Soyuq hava kütlələri respublikanın daha çox şimal və şərq rayonlarını əhatə edəcək. Dekabrın 3-dən yenidən yağıntılı dövr başlayacaq və dekabrın 7-nə kimi yağıntılar davam edəcək. Ən soyuq hava şəraiti dekabrın 4-dən 6-dək müşahidə olunacaq”,- deyə qurum rəsmisi bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti