Erməni deputat Paşinyana başıbəlalı Şuşa rəqsini xatırlatdı

Erməni deputat Paşinyana başıbəlalı Şuşa rəqsini xatırlatdı
  02 Dekabr 2022    Oxunub:623
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qeqam Nazaryan ölkə rəhbərliyinin xarici siyasətini, xüsusən də Azərbaycanla bağlı siyasəti sərt şəkildə tənqid edib.
O, Milli Assambleyanın növbədənkənar sessiyasında çıxışı zamanı baş nazir Nikol Paşinyanın illər öncə Şuşada rəqs etməsini də xatırladıb. Deputat iddia edib ki, ölkəsində tutulan yeni siyasi xətt Azərbaycanı sərt addımlar atmağa sövq edir.

"Bəli, diqqətli olmalısınız. Diqqətsiz addımlar ata bilməzsən. Yaxın keçmişi yadınıza salım. Şuşada rəqs edəndə heç düşünmüşdünmü ki, niyə Ermənistanın heç bir prezidenti bu şəhərdə oynamamış və onu canlı yaymamışdı? Niyə Ermənistan Respublikasının heç bir lideri Qarabağda demədi ki, “Qarabağ Ermənistandır və nöqtə”, - Nazaryan siyasətdə anormal addımların faciələrə səbəb olduğunu xatırladıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti