"Lavrov açıq deyir ki, status İrəvana görə gündəmdən çıxdı" - Erməni deputat

   "Lavrov açıq deyir ki, status İrəvana görə gündəmdən çıxdı"  -    Erməni deputat
  02 Dekabr 2022    Oxunub:715
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın Qarabağ ərazisinin gələcək statusu ilə bağlı fikirləri İrəvanda narazılıqla qarşılanıb.
Parlamentin "Şərəfim var" fraksiyasının üzvü, Respublika partiyasından olan Hayk Mamicanyan bununla bağlı İrəvanı günahkar sayaraq deyib: "Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri faktiki olaraq açıq şəkildə bildirdi ki, Ermənistan tərəfinin günahı ucbatından hazırda Dağlıq Qarabağın statusu məsələsi danışıqların gündəmindən düşüb".

Müxalifətçi deputat gileylənib ki, rusiyalı nazirin bəyanatına nə Xarici İşlər Nazirliyi, nə iqtidar fraksiya, nə də baş nazir hələ də heç bir reaksiya verməyib.

Mamicanyan Alma-Ata bəyannaməsinin diplomatik dövriyyəyə buraxılmasını isə ümumiyyətlə qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, guya 30 il ərzində heç kim Alma-Ata bəyannaməsini xatırlamayıb. Yalnız indiki hakimiyyətin mövcud siyasəti sayəsində bu sənəd Azərbaycanın əlində əsas danışıqlar vasitəsinə çevrildi.
Tural Tağıyev
AzVision.az



Teqlər: Status   Lavrov  





Xəbər lenti