Hacı Şahin və Konçita – Günün reallığı

Hacı Şahin və Konçita – Günün reallığı
  12 May 2014    Oxunub:12376
Azərbaycanda şiə təriqətinin öndə gedən lideri, “Məşədi Dadaş” məsciddin axundu Hacı Şahin Həsənlinin kişilərin cinsini dəyişməsi ilə bağlı verdiyi fətva ölkə gündəmində böyük rezonans doğurdu. Əslində Hacı Şahinin fətvası gözlənilməz deyildi. Bundan öncə də İranın ruhani liderləri dəfələrlə bu mövzuya toxunaraq belə fətvalarla çıxış etmişdilər. Bu baxımdan Hacı Şahin özündən Amerika kəşf etmirdi, nə də Vasko da Qama kimi Hindistanı ixtira etməmişdi, o sadəcə ustadlarının fikirlərini bir qədər sığallayaraq cəmiyyətə çatdırırdı.

Axı niyə? Ölkədə dini problemlər həll edilib mi ki, Hacı Şahin mavilərdən, cinsini dəyişənlərdən danışır?

Sonuncu sualın cavabını təxmin etmək çətin deyil. Sadəcə bir xatırlatma etmək istərdim: Hacı Şahinin din xadimi kimi əsas missiyası ölkədə İslam dinini təğlit etməkdir. Lorı dildə desək yolunu azanları yoluna, pis iş görənləri düz yola yönəltmək onun dini borcudur.

Bəs, o nə etdi?

Allaha bağlı olan din xadiminin Allahı tanımayan, onun müəyyən etdiyi cinsə qarşı çıxan homoseksuallara, gaylərə, mavilərə “yaşıl işıq” yandırması çox tərəddüdləri aradan götürdü.

Bəlkə də Hacı Şahin bu məsələni gündəmə gətirməklə Azərbaycan cəmiyyətinin üçüncü cinsə - transseksuallara olan reaksiyasını üzə çıxarmaq istəyirdi:

“Müəyyən yaş dövründən sonra kişilərdə qadınlaşma gedirsə, şəriət cinsini dəyişməyə icazə verir. Təbii ki, mən bunun tərəfdarı deyiləm və bu mənim şəxsi fikrim deyil. Sadəcə olaraq, bəzi insanlarda orqanizm dəyişikliyi baş verir. Əgər həkim ona belə bir diaqnoz qoyursa, onun xəstəliyi təsdiqlənirsə, bu həyata keçirilə bilər. Çünki o nə qadın, nə də kişi kimi yaşaya bilir. Bunu mütəxəssislər də təsdiqləyə bilər”.

Hacı Şahin adi dindar və yaxud da namaz qılmaq xatirinə namaz qılan deyil. Onun ətrafında xeyli tərəfdar ordusu cəlməşib. O, Azərbaycanın şirə cameəsinin lideri və bölgədə böyük nüfuza malik olan din xadimlərindəndir. Onun təkcə məscidlərdə, dini ortamlarda deyil, milyonlarla üzvü olan sosial şəbəkələrdə də saysız-hesabsız fanatları, pərəstişkarları var. Bu baxımdan Hacı Şahinin durduq yerdə belə çıxış etməsi təsadüf kimi qiymətləndirilə bilməz, ortada maraq və məqsəd olmadan...

Hacı Şahinin bu çıxışı haqlı iradlara tuş gəlsə də homoseksuallıq günün reallığıdır. Dünən “Eurovision” mahnı müsabiqəsinin finalı da bunu bir daha sübut elədi. Tarixində ilk dəfə “Eurovision” müsabiqəsinin qalibi Avstriyanı təmsil edən transseksual müğənni Conçita Vurst (Conchita Wurst ) oldu. “Saqqalı qadın”ın qələbəsi mavilər, homoseksualların uğuru kimi tarixə yazıldı. Onun qələbəsinə ölkəmizdə də sevinənlər az deyildi. Axı, onun Azərbaycanda da həmcinsləri var.

Bəli, biz istəsək də istəməsək də Allahın yaratmadığı, ananın dünyaya gətirmədiyi üçüncü cins var. Onların sayı durmadan artır. Elə bizdə də. Vaxtilə “Kamaların” Kamil, “Simaların” Samir olduğu bir məmləkət idik. Nə “saqqallı qadın”larımız vardı, nə yubkalı kişilərimiz, nə “Avropa” Oteli, nə də “kişi cinsini dəyişə bilər” deyən din xadimlərimiz.

Bu gedişlə Konçitalarımız da çoxalacaq, Hacı Şahinlərimiz də...

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti