Bakıda Şimali Kipr Türk Respublikasının yaranmasının 39-cu ildönümü qeyd olunub

Bakıda Şimali Kipr Türk Respublikasının yaranmasının 39-cu ildönümü qeyd olunub
  29 Noyabr 2022    Oxunub:812
Şimali Kipr Türk Respublikasının elan edilməsinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib.
AzVision.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, millət vəkilləri, media nümayəndələri və ictimai xadimlər iştirak edib.

Açılış nitqi ilə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəsi Ufuk Turqaner qonaqları salamlayıb və bu günü Azərbaycanda qeyd etməkdən böyük məmnunluq duyduqlarını ifadə edib.

Daha sonra millət vəkili Hikmət Babaoğlu çıxış edərək Şimali Kipr Türk Respublikasının müstəqillik günü münasibətilə təbriklərini çatdırıb.

"39 il öncə Aralıq dənizinin Zümrüd adalarından birinə gerçəkləşdirilən Türk Barış Hərəkatının ardından Şimali Kipr Türk Respublikasının əsası qoyuldu. Bu, əslində adada türk mövcudluğunu yox etmək istəyənlərə qarşı böyük türk iradəsinin təcəssümü idi. Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv kimi də qəbul edilib. Hesab edirəm ki, bu, qardaş ölkənin dünyada tanınması istiqamətində atılan ən böyük addımlardan biridir" - deyə o qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti