"Xüsusi nümayəndələrimiz mütəmadi olaraq bu məsələləri müzakirə edirdi. Deyə bilərik ki, müsbət bir proses irəliləyir. Bu, pasportlarla icazələrin verilməsi, yaxın gələcəkdə atılması lazım olan mümkün addımlardır", - Kalın iki ölkə arasında aparılan danışıqlara münasibət bildirərkən deyib.
O bildirib ki, qərarların qəbulu prosesi başlayıb və bu çox vacibdir.
"30 ildir görünməyən təmaslar yaradılıb. Bu yaxınlarda ölkəmizin prezidenti ilə Ermənistanın baş naziri görüşüblər. İlk dəfə olaraq bu səviyyədə görüşlər baş tutub”, - Kalın qeyd edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: