“Siyasi partiyalar haqqında” qanun birinci oxunuşda qəbul edildi

   “Siyasi partiyalar haqqında” qanun birinci oxunuşda qəbul edildi
  29 Noyabr 2022    Oxunub:262
Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az -ın xəbərinə görə, qanun 6 fəsil və 30 maddədən ibarətdir. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.

Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

AzVision.az

Teqlər: Siyasi   Partiya  







Xəbər lenti