“Dirçələn Ermənistan” partiyası parlamentdə fəaliyyətini dayandırdı

    “Dirçələn Ermənistan”  partiyası parlamentdə fəaliyyətini dayandırdı
  29 Noyabr 2022    Oxunub:405
“Dirçələn Ermənistan” partiyası parlamentindəki fəaliyyətini dayandırır. AzVision.az xəbər verir ki, bu barədə partiya şurasının çərşənbə axşamı yaydığı bəyanatda məlumat verilib.
“Hayastan” blokuna daxil olan partiyanın 4 deputatından üçü Vahe Akopyan (partiyanın rəhbəri-red.), sədr müavini Hripsim Stambulyan və Yelena Kirakosyan istefa ərizəsi yazıb.

Erməni deputat mandatından imtina etdi
Partiyadan olan və Assuriya icmasını təmsil edən Zemfira Mirzəyeva isə partiya üzvlüyünü müvəqqəti olaraq donduraraq parlamentdə fəaliyyətini davam etdirəcək.

"Belə bir qərar milli azlıqlara hörmətə əsaslanır və onların problemlərinin dilə gətirilməsinə və həllinə mane olmamaq məqsədi daşıyır", - bəyanatda deyilir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Parlament  







Xəbər lenti