“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi əhaliyə müraciət etdi

  “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi əhaliyə müraciət etdi
  29 Noyabr 2022    Oxunub:828
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin loqosundan və rəsmi adından İctimai Birliyin icazəsi və razılığı olmadan sui-istifadə edilib.
Bu barədə AzVision.az- a birlikdən məlumat verilib. Bildirilib ki, bəzi şəxslər tərəfindən sosial şəbəkələrdə və bir sıra müxtəlif platformalarda qeyri-qanuni istifadə hallarına rast gəlinib.

"Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən rəsmi olaraq təsdiq edilmiş (Şəhadətnamə, ƏMTƏƏ nişanı N 20200814) loqomuzdan və adımızdan rəsmi icazəmiz olmadan istifadə və ya sui-istifadə edilməsi qəti olaraq yolverilməzdir. “İMZA” İB belə sui-istifadə hallarına yol vermiş vətəndaşlardan tələb edir ki, dərhal bu hallara son verilsin və həmin platformalarda bizim ƏMTƏƏ nişanımızın və qurumumuzun rəsmi adının istifadəsi dayandırılsın".

Qeyd edilir ki, əks halda həmin şəxslərə qarşı qanunvericiliyin müvafiq maddələri əsasında məhkəmə iddiası qaldırılacaq və onlardan bağlanma ilə yanaşı təzminat da tələb olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti