İndi söz və sıra Şarl Mişelindi...

   İndi söz və sıra Şarl  Mişelindi...
  29 Noyabr 2022    Oxunub:248
Dünən Ararat Mirzoyan mətbuata verdiyi açıqlamada Paşinyanın sözlərini təkrarlayaraq bildirdi ki, Azərbaycanla Brüsseldə nəzərdə tutulan növbəti görüşü Fransa prezidenti Makronsuz keçirmək istəmirlər.
Baxmayaraq ki, Ermənistan yaxşı bilir ki, Makronun Azərbaycana qarşı sərgilədiyi qərəzli və düşmən mövqeyindən, parlamentin ölkəmizin əleyhinə qəbul etdiyi bədnam qətnamələrindən sonra Fransa iki ölkə arasında normallaşma prosesində vasitəçi ola bilməz.

Bilirsiniz ki, bu haqda hörmətli Prezidentimiz cənab İlham Əliyev bir neçə gün öncə fikrini açıq və qəti şəkildə bildirib. Azərbaycan ictimaiyyəti də Fransa kimi qərəzli və beynəlxalq hüququ heçə sayan bir ölkənin vastəçi olmasının qəti əleyhinədir.

Belə olan vəziyyətdə, Ermənsitanın cari ilin dekabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə nəzərdə tutulan üçtərəfli görüşün formatını Makronun iştirakını tələb etməklə dəyişdirmək istəməsi Brüssel sülh formatını pozmaq cəhdindən başqa bir şey deyil. Sülh danışıqlarının pozulması isə ciddi narahatçılıq doğurur.

Onu da xatırlatmaq yerinə düşər ki, son günlər Makron Türkiyə və BMT-nin liderliyi ilə əldə olunun tarixi “Taxil Anlaşması”na da zorla daxil olmaq istəyirdi, yəni, haqqı olmadan Türkiyənin diplomatik uğuruna şərik olmaq fikrinə düşmüşdü.

Lakin Türkiyənin Prezidenti hörmətli Ərdoğan Makrona yerini göstərdi və belə mənasız xülyaya düşməməsini məsləhət gördü.

İndi sıra və söz Şarl Mişelindi. Görək, Şarl Mişel, bütövlükdə, Avropa İttifaqı və o cümlədən ABŞ indiyə kimi əldə olunan razılaşmaları məntiqi sonluğa çatdırmaq, iki ölkə arasında sülh müqaviləsənin imzalanması üçün üçtərəfli Brüssel süllh formatını qoruyub saxlamağı, Fransa və Ermənistanın qurduğu məkrli planın qarşısını almağı bacaracaqmı?
Yəqin ki, yaxın günlərdə biz bu sualın cavabını biləcəyik.

Başqa bir narahatedici məqam odur ki, son günlər Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində sülh məramlıların müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin adları qəsdən saxtalaşdırılır və ermənilərin uydurduğu adlarla verilir.
Digər tərəfdən Ermənistan Rusiya sülh məramlılarının müşahiyəti və dəstəyi ilə 2020-ci lin noyabrın 10-da imzalanmış üçtərfəli bəyanatın müvafiq maddələrini kobud şəkildə pozaraq Laçın yolu ilə Qarabağa silah-sursat və mina daşıyırlar.

Bu haqda dəqiq sübutlara malik olan Dövlət Təhlükəziliyi Xidmətinin verdiyi rəsmi açıqlama və eyni zamanda Xarici İşlər Nazirliyinin verdiyi bəyanatlarla hamı tanışdır.

Qəribə vəziyyət yaranıb, belə çıxır ki, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlı olmayan Makronla məramı sülh olmayanların rəhbəri general Volkovun mövqeyi üst-üstə düşür.

Bu da onu göstərir ki, hər iki qüvvə yeni hərbi təxribatlar və regionda gərginliyin artması üçün müəyyən planlar hazırlayır, bu, məkrli planın icrasında Ermənistan və Qarabağ erməniləri oyuncaq kimi istifadə olunur.

Əgər bu baş verərsə, sülhə və barışa olan kövrək ümidlərə çox ciddi zərbə dəyəcək, Ermənistanla Azərbaycan arasında normallaşma prosesində indiyə kimi əldə olunan razılaşmalar öz əhəmiyyətini itirəcək.

Azərbaycan heç bir halda eskalasiyada və yeni hərbi əməliyyatlarda maraqlı deyil və bizim bir gündəliyimiz var, o da sülh gündəliyidi. Ancaq bizə qarşı bu cür planlar işə düşsə, noyabr bəyannaməsinin maddələri icra olunmasa, Azərbaycan müvafiq tədbirlər görmək məcburiyyətində olacaq.

Ümid edirəm ki, Cənubi Qafqazda davamlı sülhün və barışın əldə olunmasında maraqlı olan Avropa İttifaqı və ABŞ qeyd olunan qüvvələr tərəfindən körüklənən təhlükəli prosesi yaxından izləyir və bu prosesin "qaynar fazaya" keçməsinə imkan verməyəcək.
Hamı bilməlidir ki, bölgədə baş verəcək bütün hərbi təxribatlara və gərginliyə görə məsuliyyət Ermənistanın, Fransanın və "sülh məramlıların" üzərində qalacaq.

Azay Quliyev
AzVision.az

Teqlər:







Xəbər lenti