"B-21 Raider" : Daha az riskli və sürətli bombardmançı

     "B-21 Raider" : Daha az riskli və sürətli bombardmançı
  29 Noyabr 2022    Oxunub:388
Amerikanın Northrop Grumman şirkəti dekabrın 2-də təqdim olunacaq yeni gizli strateji bombardmançı "B-21 Raider"i hazırlayıb. O, ABŞ Hərbi Hava Qüvvələrinin altıncı nəsil təyyarəsi olmaq üçün kifayət qədər təkmil olacaq.
Bu barədə Defense News nəşri yazır. Northrop Grumman Hava Sistemləri Departamentinin prezidenti Tom Cons B-21-in Kaliforniyadakı aviabazada əlavə sınaqdan keçiriləcəyini deyib.
Bundan sonra hərbi təyyarə 2023-cü ildə gözlənilən ilk uçuşunu həyata keçirəcək.

"B-21 sınaqlarında istifadə olunan texnologiya gələcəkdə daha sürətli və daha az riskli bombardmançı alınmasını təmin edəcək" - Cons bildirib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti