İranda etirazlarda 300 nəfər öldürülüb

   İranda etirazlarda 300 nəfər öldürülüb
  29 Noyabr 2022    Oxunub:611
İranda etirazlarda təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insan öldürülüb.
AzVision.az xəbər verir ki. bu barədə İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən biri general Əmir Əli Hacızadə Tehrandakı Şəhid Rəcayi Universitetində çıxış edərkən deyib.

İrandan yayımlanan Tələbə Xəbər Şəbəkəsinin (SNN) məlumatına görə, İnqilab Keşikçiləri Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı Hacızadə çıxışın da ölkədə iki ay yarım davam edən etiraz aksiyalarına da toxunub. O, nümayişlərin rejim əleyhdarları tərəfindən təşkil edildiyini, lakin etirazçıların hər birinin günahkar olmadığına diqqət çəkib:

"İğtişaşlara aldananlar əksinqilabçı deyillər, onlar bizim övladlarımızın, xalqımızın bir parçasıdır".

Qeyd edək ki, sentyabrın 16-da İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ölkənin bir çox şəhərlərində etirazlara səbəb olub.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti