"Müəllimlər və şagirdlərə ictimai nəqliyyat pulsuz olsun" - Deputat

 "Müəllimlər və şagirdlərə ictimai nəqliyyat pulsuz olsun" -  Deputat
  29 Noyabr 2022    Oxunub:282
Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə heç olmasa 2 dəfə pulsuz olmalıdır.
AzVision.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib.

O deyib ki, Bakıda tıxac problemi qismən həll olunması üçün ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır.

“Biz payız tətilində gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”, - deputat bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti