Daha bir erməni zabit saxlanıldı - Hərbi sirləri 19 min dollara satıb

 Daha bir erməni zabit saxlanıldı -  Hərbi sirləri 19 min dollara satıb
  29 Noyabr 2022    Oxunub:2915
Ermənistanda növbəti dəfə hərbi qulluqçu həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, saxlanılan şəxs silahlı qüvvələrin mayorudur.

Erməni ordusu casus şəbəkəsinə çevrilib- Daha bir xəyanətin üstü açıldı
Məlumata görə erməni mayor 2021-ci ilin iyulundan xarici xüsusi kəşfiyyat orqanları tərəfindən ələ alınıb. O daha sonra kəşfiyyatçılarla əməkdaşlıqla bağlı müqavilə də imzalayıb. Əməkdaşlıq müqaviləsindən bir müddət sonra pulla işləyən agentə çevrilən erməni başqa hərbi hissəyə xidmətə göndərilib və oradakı bölmədə xidmət rəisi kimi xarici agentlərlə əməkdaşlığı davam etdirib. Hərbçi mütəmadi olaraq Ermənistan ordusunun ölkənin şərq və cənub sərhədindəki fəaliyyəti barədə məxfi məlumatlarını kəşfiyyatçılara ötürüb.

Bildirilir ki, mayor işlədiyi adamlara 2022-ci ilin fevral-noyabr ayları ərzində ölkənin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə xələl gətirən dövlət və rəsmi sirləri ehtiva edən məlumatları mobil proqramlar vasitəsilə ötürüb. Saxlanılan zabit bütün bunların müqabilində 19 700 dollar alıb.

Hazırda istintaq davam edir. Mayorun adı isə hələ ki, açıqlanmır.

Qeyd edək ki, Ermənistan ordusu casuslar və xainlər şəbəkəsinə çevrilib. Bu il avqust ayına kimi Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı artıq 5 cinayət işini məhkəməyə təqdim edib. Noyabr ayına qədər isə daha iki dövlətə xəyanət faktı aşkarlndı.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan  







Xəbər lenti