"Şolz Moskvadan qorxduğu üçün Kiyevə tank vermədi" - Alman deputat

  "Şolz Moskvadan qorxduğu üçün Kiyevə tank vermədi" -    Alman deputat
  29 Noyabr 2022    Oxunub:414
Almaniya kansleri Olaf Şolz Rusiyanın reaksiyasından qorxaraq döyüş tanklarını Ukraynaya göndərməyə cəsarət etmədi.
AzVision.az xəbər verir ki, bunu Bundestaqın deputatı, istefada olan polkovnik Roderik Kizevetter "ntv.de"yə müsahibəsində deyib.

- Məncə, kansler Rusiyanın Ukraynada alman tanklarından rus qoşunlarına qarşı istifadə edilməsi ciddi təxribat sayılacaq kimi geniş yayılmış bəyanatlarından təşvişə düşüb, - deputat gileylənib.

Bundan əlavə, o, Almaniya hökumət başçısının Berlinin NATO müttəfiqləri ilə koordinasiya olmadan heç bir addım atmayacağı barədə bəyanatını tənqid edib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti