Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

   Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi
  29 Noyabr 2022    Oxunub:658
Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib, Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.
AzVision.az xəbər verir ki, bunu Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə təsdiq edib.

Rəşad Mirmehdizadə qeyd edib ki, müvəkilinin Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin çoxsaylı maliyyə xidmət rəisləri ilə birlikdə mənimsənilən pul vəsaitlərinin əksər hissəsi dövlət büdcəsinə ödətdirilib. Hazırda da qalan hissənin də ödətirilməsi davam edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor N.Məmmədov DTX tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

N.Məmmədov xüsusi ilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti