"Twitter"də söz azadlığının boğulmasına dair sübutlar dərc ediləcək

   "Twitter"də söz azadlığının boğulmasına dair sübutlar dərc ediləcək
  29 Noyabr 2022    Oxunub:406
"Twitter"də internetdə söz azadlığının boğulması ilə bağlı iddiaların sübutu kimi sənədlər dərc ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı İlon Mask öz səhifəsində yerləşdirib.

"Azad sözün boğulması ilə bağlı sənədlər tezliklə "Twitter"in özündə yerləşdiriləcək. İnsanlar əslində nə baş verdiyini bilməyə layiqdirlər", - Mask tvitində yazıb. O, istifadəçilərdən birinin şərhinə "Amerikada onlayn senzuraya qarşı inqilabın" gəldiyini söyləyib.

Biznesmen daha əvvəl bildirmişdi ki, "Apple" onun sosial şəbəkəsinin tətbiqini "AppStore"dan silməklə hədələyib. O qeyd edib ki, “Apple” "Twitter"də reklamını dayandırıb. Mask öz səhifəsində "Apple"in istifadəçilərinə qarşı senzura hallarını açıqlayıb-açmaması ilə bağlı rəyini öyrənmək üçün sorğu təşkil edib.

AzVision.az

Teqlər:







Xəbər lenti