Daha bir erməni nağılı: "Güllə kitaba dəyib məndən yan keçdi"

      Daha bir erməni nağılı:    "Güllə kitaba dəyib məndən yan keçdi"
  28 Noyabr 2022    Oxunub:1296
Ermənistanda maraqlı və gülməli hadisə baş verib. AzVision.az xəbər verir ki, "Əsgər evi" reabilitasiya mərkəzində ziyarət otağının açılışı zamanı müharibə ilə bağlı uydurulmuş ənənəvi erməni nağılı danışılıb.
"Mamul" xəbər saytı yazır ki, ziyarət otağına guya hər iki Qarabağ müharibəsində insanların həyatını xilas etmiş bir dua kitabı hədiyyə edilib.

"Dua kitabı 44 günlük müharibənin iştirakçısı Gümrüdən olan Aram Terzyan tərəfindən “Əsgər evi”nə hədiyyə edilib. O, dua kitabının 1994-cü ildə Qarabağ müharibəsi zamanı atasında olduğunu və kitab bir çox hallarda onun həyatını xilas etdiyini söyləyib. Terziyan qeyd edib ki, "illər sonra, 44 günlük müharibə zamanı mən də onu özümlə səngərə aparmaq qərarına gəldim.

"Oğlumu basdırdım, gəlib qazıb apardılar" - Erməni əsgər atası
Oktyabrın 10-da Hadrutda döyüşlər zamanı o mənim də həyatımı xilas etdi. İbadət kitabına dəyən güllə istiqamətini dəyişdi... Möcüzəvi şəkildə xilas oldum. Mən və ailəm bu kitabı evimizin dua edilən küncündən “Əsgər evi”nə daşımaq qərarına gəldik. Çünki hər ikisi evimizdir. İstəyirəm ki, o, burada müalicə olunan bütün oğlanlarımıza öz qüdrəti ilə kömək olsun və hamı möcüzələrin həqiqətən mövcud olduğunu görüb inansın”, - nəşr uydurma erməni rəvayətini dərc edib.

Aram Terzyan həmçinin onu da vurğulayıb ki, yaralansa da bu gün kitabla yanaşı reabilitasiya prosedurları sayəsində tam sağalıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Qarabağ-Müharibəsi  







Xəbər lenti