Britaniya gələn il Ukraynaya hərbi yardımı artıra bilər

Britaniya gələn il Ukraynaya hərbi yardımı artıra bilər
  28 Noyabr 2022    Oxunub:536
Böyük Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardımı artıra bilər.
Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak bəyan edib. “Heç bir şübhəniz olmasın. Biz Ukraynaya nə qədər lazımdırsa, onu dəstəkləməyə davam edəcəyik. Gələn il hərbi yardımımızı saxlayacağıq və ya artıracağıq. Biz ukraynalıları və onların güvəndiyi kritik infrastrukturu qorumaq üçün yeni hava hücumundan müdafiə yardımı təqdim edəcəyik. Ukraynanı qorumaqla biz özümüzü qoruyuruq” - deyə, o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti