Tokayev Rusiyaya getdi

   Tokayev Rusiyaya getdi
  27 Noyabr 2022    Oxunub:702
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya gedib.
AzVision.az xəbər verir ki, o, sabah rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Tokayev prezident seçkilərindən sonra ilk xarici səfərini Rusiyaya edib.

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində Tokayev 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da Qazaxıstan Prezidentinin andiçmə mərasimi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti