Helikopter qəzası: 5 nəfər öldü

   Helikopter qəzası:    5 nəfər öldü
  27 Noyabr 2022    Oxunub:840
Cənubi Koreyada ABŞ istehsalı olan helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Yonhap xəbər agentliyinin məlumatına görə, faciə Cənubi Koreyanın Kanvondo əyalətində baş verib. Bildirilib ki, yerli hökumət orqanları tərəfindən icarəyə götürülmüş Amerikanın “Sikorsky” firmasına məxsus S-58T helikopteri faciə baş verən zaman meşədə yanğın olub-olmadığını yoxlamaq üçün ərazinin ətrafında uçurmuş.

Əvvəlcə göyərtədə cəmi iki nəfərin, 71 yaşlı pilot və 54 yaşlı mexanikin olduğu güman edilirdi. Lakin sonradan beş nəfərin ölümü təsdiqləndi.

Baş nazir Han Dok Su hadisənin nəticələrinin aradan qaldırılması üçün mümkün olan hər şeyin edilməsini əmr edib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti