Sabahın havası: Güclü külək əsəcək, yağış yağacaq

      Sabahın havası:    Güclü külək əsəcək, yağış yağacaq
  27 Noyabr 2022    Oxunub:548
Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu aşağı enməyə başlayacaq, güclü külək əsəcək, yağıntılar intensivləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, gündüz saatlarında şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında axşamdan başlayaraq prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.

Aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti