Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi

   Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi
  27 Noyabr 2022    Oxunub:960
Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində snayperlə vurularaq şəhid olan Vadim Qocayevin dünən övladı dünyaya gəlib.
Dünyaya göz açan şəhid balasına Zeyd adı verilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir.

Xatırladaq ki, hərbi qulluqçumuzun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.(“Qafqazinfo”)





AzVision.az


Teqlər:





Xəbər lenti