Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb

Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb
  26 Noyabr 2022    Oxunub:606
Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiyası mərasimi günündə Astanada qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var.
AzVision.az Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Astanadakı gecə klublarından birində iş adamı 300-ə yaxın insanı qanunsuz yürüşə çağırıb.

Qeyd olunur ki, bu zaman ictimai asayiş kobud şəkildə pozulub, nəqliyyat və sosial infrastrukturun fəaliyyətinə maneələr yaradılıb.

Yürüş iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstəriblər. Polis hadisəni törədənləri saxlayıb.

Xatırladaq ki, bu gün Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib. Ölkədə noyabrın 20-də keçirilən sayca yeddinci prezident seçkilərinin nəticələrinə görə, Kasım-Jomart Tokayev 6 milyon 456 min 392 səs və ya ümumi səslərin 81,31 %-ni səs toplayıb.

AzVision.az



Teqlər: Qazaxıstan   Yürüş  





Xəbər lenti