İlham Əliyev Albaniyada səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

   İlham Əliyev Albaniyada səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb
  26 Noyabr 2022    Oxunub:509
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyada (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.

Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Dövlət başçısı eyni zamanda, "Azərbaycanın Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu təsdiqləyib.

AzVision.az



Teqlər: Sərəncam   Prezident  





Xəbər lenti