“Son bəyanatlardan Ermənistanın sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar”

 “Son bəyanatlardan Ermənistanın sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar”
  26 Noyabr 2022    Oxunub:377
“Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərir. Azərbaycan hökumətinin göstərdiyi səylərə baxmayaraq, Ermənistan hökuməti tərəfindən verilən son bəyanatlar və atılan addımlardan onun sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib. Azərbaycanın regionda təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirlər həyata keçirdiyini qeyd edən E.Əmirbəyov, bu xüsusda Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi Bakı tərəfindən dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı da daxil olan 5 prinsip əsasında hazırlanmış sülh sazişinin imzalanmasının təklif edildiyini bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti