Daşkəsən və Ağdamdakı mövqelərimiz atəşə tutulub

   Daşkəsən və Ağdamdakı mövqelərimiz atəşə tutulub
  26 Noyabr 2022    Oxunub:775
Noyabrın 25-i saat 17:30-dan 22:32-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Respublikası Müdafiə nazirliyindən bildirilib.

Bundan başqa saat 14:05-dən 20:35-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti