“Google” işçilərin ixtisarını planlaşdırır

“Google” işçilərin ixtisarını planlaşdırır
  24 Noyabr 2022    Oxunub:482
ABŞ-nin “Google” şirkəti (“Alphabet Inc”in bir hissəsi) ən pis faydalı iş əmsalı (KPI - Key Performance Indicator) göstəricilərinə malik 10 000 işçini və ya işçilərin ümumi sayının 6%-ni ixtisar etmək niyyətindədir.
Bundan əvvəl bir çox digər İT nəhəngləri, o cümlədən “Meta”, “HP Inc.” və “Cisco Systems Inc.” də genişmiqyaslı ixtisarlar barədə bildiriblər. “Google” nümayəndələri mümkün ixtisarlarla bağlı şərh verməyiblər.

“Google” sektorun digər şirkətləri kimi xidmətlərinə tələbatın kəskin artması fonunda koronavirus pandemiyası zamanı işçilərin sayını fəal şəkildə artırdı. Bu da öz növbəsində əməliyyat xərclərinin çoxalmasına səbəb olub.

AzVision.az



Teqlər:





Xəbər lenti