Azərbaycanda veteran jurnalist vəfat edib

Azərbaycanda veteran jurnalist vəfat edib
  24 Noyabr 2022    Oxunub:241
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, jurnalist, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

Qeyd edək ki, Xəqani Rzaquliyev 9 noyabr 1963-cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.

1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib. O, 1982-1984- cü ilərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissədə mühəndis-istehkamçı kimi müddətli həqqi hərbi xidmətdə olub. Müxtəlif illərdə, müxtəlif vəzifələrdə - Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində 21 yaşında məktəb direktoru (1984-1987), "Gənclik" jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.

X.Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və "Vətən Müharibəsi" adının seçilməsi təklifi onun adıyla bağlıdır.

O, Birinci Qarabağ müharibəsində iştirak edib və 1992-ci il martın 12-də ağır yaralanıb.

Allah rəhmət eləsin!

AzVision.az

Teqlər:







Xəbər lenti