İran erməniləri aksiyalarla bağlı rəsmi Tehranı dəstəklədi

   İran erməniləri aksiyalarla bağlı rəsmi Tehranı dəstəklədi
  24 Noyabr 2022    Oxunub:333
İranda yaşayan ermənilərin Erməni İcması Şurası ölkədə baş verən etiraz aksiyalarına görə hakimiyyətə dəstək çağırışı ilə çıxış edib. Ermənilər rəhbərliyi ölkədə sabitliyin təmin edilməsi üçün ciddi tədbirlər görməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə "Pars Today" məlumat yayıb.

Qeyd olunur ki, son günlər İranda ölkə vətəndaşlarının ölümü və xəsarət alması, ictimai asayişin və təhlükəsizliyin pozulması ilə nəticələnən terror aktları və iğtişaşlar guya erməni ictimaiyyətinin ciddi narahatlığına səbəb olub.

Tural Tağıyev
AzVision.az

Teqlər: İran  







Xəbər lenti