Laçından çıxarılmış ermənilər Paşinyanın əleyhinə aksiya keçiriblər

   Laçından çıxarılmış ermənilər Paşinyanın əleyhinə aksiya keçiriblər
  24 Noyabr 2022    Oxunub:563
Bir vaxtlar Qarabağda qanunsuz məskunlaşdırılmış ermənilər İrəvanda etiraz aksiyası keçiriblər.
AzVision.az xəbər verir ki, işğaldan azad edilmiş Laçından çıxarılan ermənilər hökumət binası qarşısına toplaşaraq baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.

Etirazın səbəbi mənzil problemləridir. Etirazçıların fikrincə, dövlətin ayırdığı vəsait mənzil almağa kifayət etmir. Çünki daşınmaz əmlakın qiymətləri xeyli artıb.

Ermənilər hakimiyyət orqanlarını mənzillərin alınması üçün onlara ayrılan vəsaitin həcminə yenidən baxmağa çağırıblar.

"Hətta kənd yerlərində belə sənəddə göstərilən məbləğə (8-14 milyon dram – red.) ev almaq mümkün deyil”, - aksiya iştirakçılarından biri jurnalistlərə deyib.

Qeyd edək ki, İrəvan Laçından çıxarılan hər erməni ailəsi üçün 25 min dollar ayırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti