Kürdəmirdə ikinci intihar hadisəsi

Kürdəmirdə ikinci intihar hadisəsi
  11 May 2014    Oxunub:1506
Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Kürdəmir şəhər Yaşar Seyidov küçəsində 1947-ci il təvəllüdlü Qasımova Güleyşə Ağacan qızı özünü asaraq intihar edib. Onun asılı vəziyyətdə qalmış meyitini ailə üzvləri həyətdə aşkarlayıblar.

Bildirilir ki, intihar edən 67 yaşlı qadın Bakı şəhər Yasamal rayon sakinidir. Əslən Kürdəmirdən olan G.Qasımova rayondakı qardaşı evində bir müddət imiş ki, qonaq qalırmış.

Onun oğlunun bir neçə il əvvəl dünyasını dəyişdiyi, oğul nəvəsinin isə avtomobil qəzasında öldüyü də bildirilir. Qadının da məhz bu psixoloji sarsıntılardan sonra həyatına qəsd etdiyi güman edilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, dünən rayonun Qağaclı kəndində də intihar hadisəsi baş verib. 37 yaşlı qadın özünü yandırıb. O, ağır vəziyyətdə Bakıya gətirilib.(lent.az)


Teqlər:  





Xəbər lenti