Yük maşını piyadanı öldürdü

Yük maşını piyadanı öldürdü
  11 May 2014    Oxunub:1005
Siyəzən rayonunda yük avtomobili yol kənarında duran piyadanı vurub.

AzVision.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Quba yolunun 98-ci kilometrliyində, Rusiya ilə sərhəddə yaxın ərazidə baş verib.

İmişli rayon sakini Elvin Mirzəyevin idarə etdiyi “Hova” markalı markalı yük maşını yoldan çıxaraq kənarda duran “Mersedes” markalı minik avtomobilinə dəyib. Daha sonra isə yük avtomobili yol kənarında dayanan rayon sakini Quliyev Səxavət Nazim oğlunu vurub. Qəza nəticəsində ağır bədən xərətləri alan piyada hadisə yerindəcə keçinib.

Hadisə baş verən əraziya rayon yol polis idarəsinin əməkdaşları gəliblər.

Onların sözlərinə görə, Elvin Mirzəyevin gecə saatlarında yolu yaxşı görməməsi nəticəsində qəza baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır. (anspress)


Teqlər:  





Xəbər lenti