31 dərəcə isti olacaq

31 dərəcə isti olacaq
  10 May 2014    Oxunub:1086
Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-16, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti