Sahil bağında Gül Bayramı - FOTOLAR

Sahil bağında Gül Bayramı - FOTOLAR
  09 May 2014    Oxunub:2284
Bakının Səbail rayonunda Milli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilib.
Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın güllərdən hazırlanmış portretləri, 2015-ci ildə Bakıda keçiriləcək “Bakı–2015” ilk Avropa Oyunlarının güllərdən düzəldilmiş emblemi diqqəti daha çox cəlb edib.

Rayonun orta məktəblərinin birgə hazırladıqları Bakının və Səbail rayonunun simvolu olan Qız qalasının, paytaxtın gerbinin, şəhərimizin rəmzinə çevrilən “Alov qüllələri” kompleksinin, “Səbail” gəmisinin, Dənizkənarı Milli Parkda quraşdırılmış yeni attraksionun güldən hazırlanmış maketləri və Günəbaxan kompozisiyası bayram iştirakçılarına təqdim olunub.

Qalereya




Teqlər:





Xəbər lenti