Bu günün havası - 27 dərəcə isti

Bu günün havası - 27 dərəcə isti
  09 May 2014    Oxunub:1146
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
mayın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti