Əsgərlərimiz qəzaya düşdü

Əsgərlərimiz qəzaya düşdü
  04 May 2014    Oxunub:950
Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib. Müşfiqabad qəsəbəsinin yaxınlığında "KamAz" markalı yük avtomobili ilə "Mersedes" markalı minik avtomobili toqquşub.
Şahidlərin bildirdiklərinə minik maşınında 4 əsgər olub. Qəza zamanı əsgərlərdən bir neçəsi ağır bədən xəsarətləri alıblar. Onların yaxınlıqdakı xəstəxanaya aparıldıqları barədə hadisə şahidləri məlumat veriblər.

Qəza zamanı "Mersedes"in tanımaz hala düşdüyü bildirilir. Hadisə yerinə polislər və təcili tibbi yardım maşınları gəliblər. Qəzanın baş vermə səbəbləri araşdırılır (Ans-Press).


Teqlər:





Xəbər lenti