Hava yenə dəyişəcək: yağış yağacaq

Hava yenə dəyişəcək: yağış yağacaq
  03 May 2014    Oxunub:1064
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər yağışın tədricən kəsiləcəyi, havanın gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.

Mayın 4-də Azərbaycanın bölgələrinin bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 22-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti