Bakıda polis mayorunu maşın vurub

Bakıda polis mayorunu maşın vurub
  03 May 2014    Oxunub:1120
Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, Yusif Səfərov kücəsində, Bakı Şəhər baş Polis idarəsinin binası qarşısında yolu keçmək istəyən piyada, 52 yaşlı polis mayoru Solmaz Zeynalovanı “Hover” markalı, 99 GF 993 dövlət nömrə nişanlı avtomobil vurub.

S. Zeynalova çanaq sümüklərinin hər iki qapağının sınığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobilin sürücüsü hadisə yerində olsa da, hadisə barədə məlumat vermək istəməyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

S. Zeynalovanın BŞPBİ-də işlədiyi, hadisənin də işə getmək üçün yolu keçmək istəyərkən baş verdiyi bildirilir.



Teqlər:





Xəbər lenti